Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması yaradıldı - FOTOLAR (YENİLƏNDİ+SİYAHI)

Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması yaradıldı - FOTOLAR (YENİLƏNDİ+SİYAHI)
  09 Sentyabr 2016    Oxunub:26524
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, dövlət qurumları və QHT təmsilçilərinin iştirakı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təsis yığıncağını keçirib.

Hökumət, Vətəndaş Cəmiyyəti İnstitutlarının, beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Platformasının yaradılması təşəbbüsü cəmiyyət üçün vacib əhəmiyyət kəsb edir.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda 4-cü müddə Vətəndaş Cəmiyyəti İnstitutlarına həsr olunub və Dialoq Platformasının yaradılması xüsusi olaraq tövsiyyə edilib. Bunu əsas götürən Şura qeyd edilən təşəbbüslə çıxış edib: “İndiyə qədər bu istiqamətdə müxtəlif təşəbbüslər irəli sürülüb və uğurla icra olunub. Bununla yanaşı dövlətimizin inkişafının yeni mərhələsini və qarşıda duran çağırışları və vəzifələri nəzərə alaraq bu formatda dialoq platformasının yaradılması zəruri idi. Əminəm ki, dövlətimiz tərəfindən yaradılmış dilaoq mühiti QHT-hökumət əməkdaşlığını fərqli keyfiyyət mərhələsinə çıxaracaqdır. Hökumət- vətəndaş institutları arasında əməkdaşlıq və dialoq hər zaman cəmiyyət üçün faydalıdır və bir çox məsələni dialoq yolu ilə həll etmək olar”.



Azay Quliyev xüsusilə vurğulayıb ki, QHT-lər bu mexanizmdən istifadə edərək onları narahat edən istənilən məsələni Platformada iştirak edən dövlət qurumları birgə müzakirə edərək onların həllinə nail ola bilərlər. Bu platformanın yaradılmasında dövlətin siyasi iradəsi ortadadır, belə mötəbər və geniş tərkibdə dialoqun qurulması məhz bunun əyani göstəricisidir.

Azay Quliyev onu da qeyd edib ki, Platforma çərçivəsində tərəflər İctimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etmək, bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək, "Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq, "Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etmək, təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq və elektron hökuməti təşviq etmək istiqamətlərində fəaliyyət göstərəcək. Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçiləri üçün açıq olacaq.



Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hüquqi islahatların, Konstitusiya islahatlarının aparıldığı dövrdə və yeni iqtisadi şəraitdə bu cür platformanın, dialoqun mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Qeyd edib ki, bu gün yüksək etimad və inam mühiti mövcuddur: "Hökumət və vətəndaş cəmiyyəti arasında dialoq Milli Fəaliyyət Planında da əksini tapıb. Bu, islahatlarla bağlı əməkdaşlığı da özündə ehtiva edir. Bu gün tədbirdə iştirak edən nazirliklər və dövlət qurumlarının nümayəndələri rəhbərlərinin tapşırığı ilə burada iştirak edirlər. Məqsəd yeni əməkdaşlıq formatının qurulmasıdır. Bu baxımdan bu gün imzalayacağımız Memorandumla bu sahədə biz də üzərimizə məsuliyyət götürəcəyik”.



Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru Vüsal Hüseynov Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığına 2011-ci ildə qoşulduğunu və bu təşəbbüsün uğurla həyata keçirildiyini bildirib. O, Platformanın yaradılmasının əhəmiyyətli olduğunu deyib.

Sonra Vətəndaş Cəmiyyəti İnstitutlarının nümayəndələrinin QHT rəhbərlərinin iştirakı ilə Açıq Hökumətin Təşviqinə Dair Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının yaradılması barədə Memorandumun müzakirəsi başlayıb.



Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev, Şəffaflıq Azərbaycan İctimai Birliyinuin sədri Rəna Səfərəliyeva, D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Vüqar Bayramov, Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyinin sədri Mirvari Qəhrəmanlı, Mülki Cəmiyyətə Doğru İctimai Birliyinin sədri Abil Bayramov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, İslahatçı gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı, Hüquqi Düşüncə İctimai Birliyinin sədri Samir İsayev, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musayev, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri İsrail İsgəndərov, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı Platformanın zəruriliyindən danışıb, bəzi məsələrlə bağlı rəy və təkliflərini səsləndiriblər.



QHT təmsilçilərinin səsləndirdikləri fikirlər və Dialoq Platformasının əhəmiyyəti haqda dövlət qurumlarının nümayəndələrindən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) Aparat rəhbəri Azad Cəfərli, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi Nicat İmanov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov çıxış edərək sualları cavablandırmış, gələcək əməkdaşlıq barədə təklif və tövsiyyələrini bölüşüblər.



Müzakirələrdən sonra tədbir iştirakçıları 9 hökumət, 31 Vətəndaş Cəmiyəti təmsilçisi olmaqla Açıq Hökumətin Təşviqinə dair “Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın yaradılması barədə Memorandumu imzalayıblar.

Sonda açıq səsvermə yolu ilə Konstitusiya Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev Platformanın koordinatoru seçilib.

Tədbirdə BMT-nin Azərbaycandakı Rezident- Əlaqələndiricisi Qulam İsakzai və Avropa ittifaqının ölkə nümayəndəliyinin rəsmisi Aleksandra Nerisanu müşahidəçi qismində iştirak ediblər.

***

Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün Azərbaycan 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulub.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, bu sahədə beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 5 sentyabr 2012-ci il tarixdə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.
Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilib.

Biz, aşağıda imza edən vətəndaş cəmiyyətinin təmsilçiləri, hökumət nümayəndələri və Milli Məclis üzvləri “Açıq Hökumət Tərəfdaşlığı” Təşəbbüsünün Azərbaycanda tətbiqinin genişləndirilməsinin dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın, korrupsiyaya qarşı mübarizədə sosial innovasiyaların tətbiqinin verdiyi töhfəni nəzərə alaraq;

Hökumət-vətəndaş cəmiyyəti dialoqunun “Açıq Hökumət Tərəfdaşlığı” Təşəbbüsünün Azərbaycanda uğurla tətbiqinə əhəmiyyətli dəstək verəcəyinin zəruriliyini vurğulayaraq;

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq:

-Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda tətbiqinin inkişafına dəstək verilməsi,

-Dövlət orqanlarının fəaliyyətində şəffaflığın və açıq hökumət prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi,

-Bu təşəbbüsün Azərbaycanda tətbiqinə ictimai nəzarətin təmin edilməsi

-Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsində dövlət orqanları və vətəndaş cəmiyyəti institutlarının səylərinin və fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Açıq Hökumətin Təşviqinə Dair Hökumət–Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının (Platforma) yaradıldığını bəyan edirik.
Platforma fəaliyyətində şəffaflıq, qərəzsizlik, peşəkarlıq və əməkdaşlığa açıqlıq prinsiplərini əsas tutur.

Platforma aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

-İnformasiya əldə etmək, fiskal şəffaflıq, ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etmək və bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək;

-“Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq;

-“Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etmək;

-Təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaq.

-Elektron hökuməti təşviq etmək.

Platformanın funksiyaları və fəaliyyətinin digər məsələləri Platformanın Reqlamenti ilə tənzimlənir və onun fəaliyyəti Platformanın Koordinatoru tərəfindən əlaqələndirilir.

Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçisi üçün açıqdır və bütün üzvlər bərabər hüquqlara, vəzifələrə malikdirlər.

Biz yuxarıda göstərilən məqsədlərdən çıxış edərək Açıq Hökumətin Təşviqi üzrə hökumətlə vətəndaş cəmiyyəti arasında sıx əməkdaşlığın zəruriliyini və bu prosesdə ictimai iştirakçılığın əhəmiyyətini nəzərə alaraq bu Memorandumu imzaladıq.

Dövlət orqanları:

1. Əli Hüseynli - Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri

2.Vüsal Hüseynov - Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru

3.Kamal Cəfərov - Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi

4. Azad Cəfərli - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) Aparat rəhbəri

5. Orxan İsayev - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi

6. Rahim Rəhimov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi

7. Nicat İmanov - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin Vergi siyasəti idarəsinin rəisi

8. Zakir Hacıyev - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsinin müdir müavini

9. Fərasət Qurbanov - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru

10. Sahib Məmmədov - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü

QHT təmsilçiləri:

1.Əliməmməd Nuriyev - Konstitusiya Araşdırmalar Fondu
2.Sabit Bağırov - Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
3.Rəna Səfərəliyeva - Şəffaflıq Azərbaycan İctimai Birliyi
4.Vasif Mövsümov - Korrupsiyaya Qarşı Mübarizə Fondu
5.Hafiz Həsənov - Hüquq və İnkişaf Mərkəzi İctimai Birliyi
6. Mirəli Hüseynov - Demokratiyanı Öyrənmə İctimai Birliyi
7.Mirvari Qəhrəmanlı - Neftçilərin Hüquqlarını Müdafiəsi ictimai Birliyi
8. Abil Bayramov - Mülki Cəmiyyətə Doğru İctimai Birliyi
9. Qadir İbrahimli - Güzəran Sosial Araşdırmalar İctimai Birliyi
10. Ceyhun Musaoğlu - “Jurnalist Ekspert Mərkəzi” İctimai Birliyi
11. İlham Səfərov - “İnternyus Azərbaycan” İctimai Birliyi
12. Nailə Həşimova - Avrasiya Əməkdaşlıq Fondu
13. Xanoğlan Əhmədov - Media və Mülki Cəmiyyətə Doğru
14. Ruhəngiz Hüseynova - Qadınlar Arasında Həmrəylik İctimai Birliyi
15. İsrail İsgəndərov - “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi
16. Əhməd Abbasbəyli - Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyi
17. Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi
18. Elxan Şükürlü - İnformasiya, Təhlil və Planlaşdırma İctimai Birliyi
19. Novella Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti
20. Səltənət Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi
21.Səadət Bənənyarlı - Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi
22.Vüqar Bayramov - İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi
23. Əvəz Həsənov - Humanitar Tədqiqatlar İctimai Birliyi
24. Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu
25.Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondu
26.Şəhla İsmayıl - Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti
27. Qorxmaz İbrahimli - Demokratik Seçki Mərkəzi
28. Tamxil Hacıyev - Hərbi mövzuda ixtisaslaşmış jurnalistlər İctimai Birliyi
29. Fərid Şahbazlı - İslahatçı gənclər İctimai Birliyi
30. Rafik İsmayılov - Vətəndaş cəmiyyəti uğrunda İctimai Birliyi
31. Samir İsayev - Hüquqi Düşüncə İctimai Birliyi

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti