Uşaqlara belə adlar da qoyurlar: Daşqın, Leysan, Tufanə...

Uşaqlara belə adlar da qoyurlar: Daşqın, Leysan, Tufanə...
  09 Sentyabr 2016    Oxunub:3081
Azərbaycanda doğulan körpələr arasında müxtəlif təbiət hadisələrinə verilən adları daşıyanlar var.
Ədliyyə Nazirliyinin məlumatına görə, son beş ildə 3937 körpəyə Yağmur, 1207-nə Bahar, 1344-nə Damla, 853-nə Ayaz, 678-nə Günəş, 224-nə isə Rüzgar adı verilib.

Son beş ildə körpələrə verilən adlar arasında Şimşəkcan (1), Leysan (12), Bulud (32), Daşqın (67), Tufan (14), Alov (2), Yazgül (29), Duman (8), Şehnur (10), Jalə (565), Xəzan (5), Xəzangül (10) kimi adlar da yer alıb.

Bundan başqa, Buludxan, Buludxanım, Rüzgar Emrah, Rüzgar Batuhan, Tufanə, Payızxan, Şehrin, Şehli, Yağmurcan, Yağmur Nur, Yağmur Fatma, Yağmur Dərya, Leysanə, Payızəli, Xəzanə, Yazbahar, Yazılı, Yazilə, Yazimə, Bahara, Bahariyyə, Damladerin kimi adları daşıyan uşaqlar da var. (Report.az)

AzVision.az


Teqlər:





Xəbər lenti