Mitinq başa çatdı - FOTOLAR+VİDEO (Yenilənib)

Mitinq başa çatdı - FOTOLAR+VİDEO (Yenilənib)
  11 Sentyabr 2016    Oxunub:52886
Daxili İşlər Nazirliyi (DİN) Milli Şuranın bu gün keçirdiyi mitinqlə bağlı rəsmi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

DİN-in məlumatına görə, saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 (iki min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

***

Milli Şuranın mitinqi başa çatıb.

Mitinqin saat 19:00-da bitəcəyi bildirilsə də insanlar vaxtından tez “Məhsul” stadionunu tərk ediblər. Əli Kərimli çıxış edərkən mitinqə gələnlər dağılışmağa başlayıblar.



***

Milli Şuranın keçirdiyi mitinqdə bu qurumun sədri Cəmil Həsənli iştirak etməyib. Onun Avropada olduğu deyilir.

***

İnsanlar vaxtından tez stadionu tərk etməyə başlayıblar.

***

AXCP sədri Əli Kərimlinin tərəfdarları təxribat məqsədi ilə mitinqə dini şüarlar yazılmış plakatlarla gəliblər. Polis bunun yolverilməz olduğunu bildirərək, plakatların yığışdırılmasını tələb edib.

***

Müxalifətin radikal qanadı olan Milli Şura Bakı şəhər İcra Hakimiyyətinin razılığı ilə “Məhsul” stadionunda mitinq keçirir.

AzVision.az xəbər verir ki, mitinqdə əsasən AXCP üzvləri iştirak edirlər.

Maraqlıdır ki, bu gün səhər AXCP sədri Əli Kərimli öz səhifəsində status yazaraq, insanları mitinqə səsləyib. Amma bildirib ki, mitinq sabah olacaq. Sonra onun statusun altında rəy yazanlar mitinqin sabah yox, bu gün olacağını qeyd ediblər. İki saatdan sonra Kərimli özünə gəlib və statusunu redaktə edib.



Mitinq başlayana yaxın bəlli olub ki, plakatlardan biri itib. Buna görə təşkilatçılar arasında qalmaqal düşüb və konflikt yaşanıb.

* * *

Mitinqə yenə də əvvəlki aksiyalarda olduğu kimi, çox az adam qatılıb.



Qeyd edək ki, Milli Şuranın 11 sentyabr mitinqi başda Müsavat Partiyası olmaqla Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Açıq Cəmiyyət Partiyası və digər müxalifət partiyaları, təşkilatları tərəfindən boykot edilib.

































































AzVision.az


Teqlər:  





Xəbər lenti