Heydər Əliyev Fondu rejissora yardım edəcək

Heydər Əliyev Fondu rejissora yardım edəcək
  12 Sentyabr 2016    Oxunub:3001
Heydər Əliyev Fondu xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış rejissor Şahin Zəkizadənin ilkin müalicəsinə yardım göstərəcək.
Bu barədə AzVision.az-a Tibb Universitetinin Tədris Terapevtik Klinikasından bildiriblər.

Klinikadan deyilib ki, leykozun kəskin forması diaqnozu qoyulan Ş.Zəkizadəyə sentyabrın 10-dan ilkin müalicə kursu təyin olunub. Bu müalicə kursundan sonra təkrar müayinələr aparılacaq. İlkin müalicə mərhələsinə Heydər Əliyev Fondu dəstək göstərəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti