`Ohanyan baş katib olmaq istəyər, amma...` - Deputat

`Ohanyan baş katib olmaq istəyər, amma...` - Deputat
  12 Sentyabr 2016    Oxunub:1669
Bu günlərdə Azərbaycan mətbuatında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibinin Ermənistanın indiki müdafiə naziri, Xocalı soyqırımının əsas qatili Seyran Ohanyan olacağı bardə mənbəyi məlum olmayan məlumat yayılmaqdadır.
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə Facebook səhifəsində fikirlərini bölüşüb

Deputat yazıb ki, bu, elə Ermənistandan, Ohanyan ətrafından məqsədli yayılmış xəbər ola bilər.

“Onun vəzifədən gedəcəyi barədə İrəvanda artıq ciddi şəkildə danışmağa başlayıblar. Bu səbəbdən də bu xəbərin yayılması Xocalı qatilinin özünü Rusiyanın yadına salmağa, özünə isti bir yer ummağa bənzəyir.

Ohanyan Baş katib olmaq istəyər, amma bu halda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Belorusun, Qazaxıstanın, Tacikistanın, Qırğızıstanın mövqeyi nəzərə alınmayacaqmı? Məgər bu ölkələr Ohanyanın namizədliyini dəstəkləyəcəkləri halda rəsmi Bakı ilə münasibətlərində gərginlik yaranacağını fikirləşməyəcəklərmi ?

Elə Rusiyanın da bir Ohanyan məsələsinə görə Azərbaycan kimi mühüm bir müttəfiqi ilə narazılıq yaranmasını istəməsi inandırıcı görünmür”.

AzVision.az


Teqlər:  





Xəbər lenti