Sarkisyanı Karapetyan əvəzləyəcək? - Deputatın şərhi

Sarkisyanı Karapetyan əvəzləyəcək? - Deputatın şərhi
  14 Sentyabr 2016    Oxunub:2881
“Bu ilin aprelində Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən hərbi əməliyyatların əks-sədası Ermənistanda hələ də hiss edilməkdədir”.
AzVision.az-ın məlumatına görə, bu sözləri deputat Aydın Mirzəadə son günlər Ermənistanda baş verən kadr dəyişiklikləri ilə bağlı şərhində bildirib.

Deputat qeyd edib ki, Azərbaycan silahlı qüvvələrinin uğurları tək Ermənistan ordusunun deyil, ümumilikdə erməni dövlətçiliyinin ciddi qüsurlarını üzə çıxarıb:

“Ona görə də ciddi çaxnaşmalar ancaq qonşu ölkənin hərbi strukturlarında deyil, həm də Ermənistan cəmiyyətində özünü açıq şəkildə göstərməkdədir. Bu baxımdan da Ermənistanda radikal millətçilərlə yanaşı, artıq Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması çağırışları da güclənməkdədir. Sadə ermənilər isə vəziyyətə kütləvi şəkildə tərk etməklə reaksiya verirlər.

Aprel hadisələri ölkənin siyasi sisteminin və hakim siyasi komandanın dəyişilməsinə ciddi təkan verdi. Təsadüfi deyil ki, baş nazir Ovik Abramyanın istefası ilə yanaşı, müdafiə naziri Seran Ohanyan və xarici işlər naziri Edvard Nalbandyanın hökumətdən uzaqlaşdırlması məsələsi sayılan günlərin məsələsidir. Hansı ki, bu üç şəxsin hər biri Serj Sarqsyandan sonra Ermənistan liderliyinə əsas namizədlər hesab edilirlər.

Ancaq gözlənilmədən baş nazir postuna texnokrat Karen Karapetyan gətirilir. O fəaliyyətinin böyük bir hissəsini kommersiya fəaliyyətinə həsr edib və Ermənistandan kənarda yaşayıb. Onu və sonradan hakimiyyətdə mühüm postlara yeni simalar gətirilməklə sanki hansısa qüvvələr Ermənistan hakmiyyətinin yeni simasını yaratmağa və bununla da onları Dağlıq Qarabağ müharibəsinin məsuliyyətindən azad etməyə çalışır”.



A.Mirzəzadə xatırladıb ki, Ermənistan konstitusiyasına edilən dəyişikliklərə görə gələn il keçiriləcək parlament seçkilərindən sonra ölkə prezident respublikasından parlament respublikasına çevrilir və əsas sima prezident deyil, baş nazir olacaq: “Serj Sarkisyan bu posta iddialı olduğunu heç gizlətmirdi. Ancaq aprel hadislərindən sonra Ermənistanda yaranan yeni situasiya Sarkisyan və onun komandasının perspektivini çox şübhəli edir. Ermənistan hakimiyyətinin kimliyi isə İrəvanda deyil, ölkədən kənarda müəyyən edildiyini nəzərə alsaq Ermənistandan kənar mərkəzlər yeni, keçmişlə əlaqəsi olmayan bir hakimiyyət formalaşdırmağa və bununla da ölkədəki vəziyyəti nəzarətdə saxlamağa çalışırlar.

Yeni təyin edilən baş nazir K.Karapetyanın isə bu planın ilk və əsas bəndi kimi götürüldüyü hiss edilir. Bir tərəfdən onun Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olması Ermənistandan Qarabağ klanını sakitləşdirməyə xidmət edir. Digər tərəfdən isə onun keçmişlə əlaqəsinin olmaması onu bir çox keçmiş məsələlərdə cavabdehlikdən azad edir.

Bütün bunlar müəyyən müddətdə Karapetyanı həm ölkə, həm xaricdə Ermənistanda həm xaricdə tanıtdırmağa və lazımı əlaqələr yaratmağa, sonra isə sakit şəkildə real hakimiyyətin Sarkisyandan ona keçməsimnə şərait yaradır”.

Deputat qeyd edib ki, Ermənistandakı vəziyyəti nəzarət altında saxlamaq üçün bir neçə variant ortaya çıxa bilər: “Ermənistan işğal etdiyi ərazilərdən öz silahlı qüvvələrini çıxartmayana və Azərbaycanın ərazi bütövlüyünü tanımayan qədər “Karapetyan” planları hələ çox sınaqdan keçirilməli olacaq. Bundan isə ən ağır zərbəni məhz özünütəcrid vəziyyətinə salmış Ermənistan alacaq. Azərbaycanın öz ərazilərini qaytarmaq əzmi artıq ortadadır və bunu həyat keçirmək üçün ölkənin bütün imkanları vardır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti