Bu il BDU-ya 4798 tələbə qəbul olub

Bu il BDU-ya 4798 tələbə qəbul olub
  14 Sentyabr 2016    Oxunub:2380
2016/2017-ci tədris ilində Bakı Dövlət Universitetinə (BDU) qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq qəbul olan tələbələrlə görüş keçirilib.
BDU-nun mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, professor və müəllimlərin, tələbələrin və onların valideynlərinin iştirak etdikləri görüşdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov təhsil müəssisəsinin fəaliyyətindən bəhs edib. Ümummilli lider Heydər Əliyevin məzunu və Fəxri doktoru olduğu Bakı Dövlət Universitetinin tələbəsi adını daşımağın çox şərəfli olduğunu deyən rektor tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.

Qeyd olunub ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu BDU-nun payına düşür. Cari ildə BDU-ya 4 min 798 tələbə qəbul olub ki, bu da ötən tədris ilindən 526 nəfər çoxdur. Həmin tələbələrdən 2 min 349-u dövlət sifarişi əsasında qəbul olub. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 299 nəfəri, ümumilikdə isə 500-700 arası bal toplayan 1296 nəfəri BDU-nu seçib. Üçüncü ixtisas qrupu üzrə 700 bal toplayan bir nəfərin seçimi də BDU olub.

2016/2017-ci tədris ilində Bakı Dövlət Universitetinə (BDU) qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq qəbul olan tələbələrlə görüş keçirilib.

BDU-nun mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, professor və müəllimlərin, tələbələrin və onların valideynlərinin iştirak etdikləri görüşdə çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov təhsil müəssisəsinin fəaliyyətindən bəhs edib. Ümummilli lider Heydər Əliyevin məzunu və Fəxri doktoru olduğu Bakı Dövlət Universitetinin tələbəsi adını daşımağın çox şərəfli olduğunu deyən rektor tələbələri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.

Qeyd olunub ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu BDU-nun payına düşür. Cari ildə BDU-ya 4 min 798 tələbə qəbul olub ki, bu da ötən tədris ilindən 526 nəfər çoxdur. Həmin tələbələrdən 2 min 349-u dövlət sifarişi əsasında qəbul olub. Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 299 nəfəri, ümumilikdə isə 500-700 arası bal toplayan 1296 nəfəri BDU-nu seçib. Üçüncü ixtisas qrupu üzrə 700 bal toplayan bir nəfərin seçimi də BDU olub.


Teqlər:





Xəbər lenti