Rza Zərrabın tələbi rədd edildi

Rza Zərrabın tələbi rədd edildi
  15 Sentyabr 2016    Oxunub:1901
ABŞ-da həbs edilən azərbaycan əsilli iş adamı Rza Zərrabın cinayət işi ilə bağlı yeni faktlar üzə çıxıb.
AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, dövlət ittihamçısı Prit Bharara Zərrabın məhkəmə hakimlərinin dəyişdirilməsi ilə bağlı qaldırdığı vəsatətlərin rədd edilməsini istəyib.

O, bildirib ki, R. Zərrabın “rəddi-hakim” tələbləri yersizdir: “Artıq dörd aydan sonra məhkəmə hakimlərindən imtina etmək əsassızdır”.

Bharara R. Zərrabın girov müqabilində azadlığa çıxmaqla bağlı qaldırdığı vəsatətlərin ləğv olunduğunu sözlərinə əlavə edib.

Xatırladaq ki, Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:





Xəbər lenti