Baş Prokurorluq təkzib etdi: `Bu xəbər yalandır`

Baş Prokurorluq təkzib etdi: `Bu xəbər yalandır`
  15 Sentyabr 2016    Oxunub:2156
Bəzi kütləvi informasiya vasitələrində sentyabrın 14-də bir qrup vətəndaşın, o cümlədən Alya Təmrazova, Sevda Süleymanova, Mətanət Mahmarzayeva və başqalarının prokurorluq orqanları əməkdaşları tərəfindən guya onların müraciətlərinə obyektiv baxılmaması, şikayətlərində qaldırılan problemlərin həll edilməməsinə etiraz əlaməti olaraq Baş Prokurorluğun inzibati binası qarşısında aclıq aksiyası keçirmələri barədə informasiyalar yayılıb.
AzVision.az xəbər verir ki, bunu Baş Prokuroluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. Onun sözlərinə görə, Baş Prokurorluğun inzibati binası qarşısında aclıq aksiyası keçiriliməsi barədə yayılan informasiyalar özündə həqiqəti əks etdirmir:

“Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur. Belə ki, qeyd edilən vətəndaşlar Baş prokuror tərəfindən şəxsən qəbul edilərək şikayətləri dinlənilmiş və müraciətlərində qaldırılan məsələlərin həlli üçün Baş Prokurorluğun aidiyyəti vəzifəli şəxslərinə konkret tapşırıqlar verilib” - deyə, E. Sultanov bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti