Əkiz qardaşlar prezident təqaüdü alacaq

Əkiz qardaşlar prezident təqaüdü alacaq
  16 Sentyabr 2016    Oxunub:2670
2016-2017-ci tədris ilində Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olan əkiz qardaşlar - Nurlan Nəzərəliyev və Rəvan Nəzərəliyev 2016/2017-ci tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncama müvafiq olaraq, Prezident təqaüdçüsü adını qazanıblar.
BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildirilib ki, rektor Elmar Qasımov əkiz qardaşları qəbul edib, onları bir daha təbrik edib və təhsildə uğurlar arzulayıb.

Xatırladaq ki, bu ilki qəbul imtahanında iki qardaş - Nurlan Nəzərəliyev 685, Rəvan Nəzərəliyev isə, 700 bal toplayıb. Hər ikisi BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını seçərək Ali Məktəbin tələbəsi olub.

Qeyd edək ki, əkizlərin qardaşı Rəşad Nəzərəliyev də Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alır, o, artıq IV kurs tələbəsidir. Rəşad Nəzərəliyev BANM-ə 677 balla daxil olub. Bir ailənin üç övladı BANM-də təhsil alır. Onların hər üçü Xırdalan şəhər 5 saylı tam orta məktəbdə təhsil alıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti