İrandan ABŞ-a sərt xəbərdarlıq: Onları öldürsəniz...(VİDEO)

17:51     11.09.2018     2488

AzVision.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi “Associated Press”ə müsahibəsində bildirib. Onun sözlərinə görə, ABŞ-ın birtərəfli qaydada çıxmasından sonra İranla nüvə razılaşmasını dünyanın digər gücləri ilə birlikdə xilas etməyə çalışırlar.



Əli Əkbər Salehi heç bir irəliləyiş əldə olunmazsa və razılaşma çökərsə, o cümlədən, İranda atom tədqiqatı ilə məşğul olan alimlər yenidən hədəfə alınarsa, bunun acı nəticələrinin olacağı ilə bağlı xəbərdarlıq edib. Onun fikrincə, Tehran hər an nüvə proqramını intensivləşdirmək barədə qərar verə bilər.

Qeyd edək ki, 2010-cu ildən etibarən iranlı atom tədqiqatçılarına qarşı edilən bombalı hücumlarda Tehran İsrail və ABŞ-ı günahlandırır.

Leyla Elbrusqızı
AzVision.az

Digər videolar