Kaşoqi serialda göstərildiyi kimi doğranılıb - VİDEO

16:42     17.11.2018     32278



Azvision.az sosial mediada rezonans doğuran görüntülərlə bağlı araşdırma aparıb. Məlum olub ki, Kaşoqinə aid olduğu deyilən şəkillər əslində "Canal+" telekanalının Fransa istehsalı olan "Basqın" (Braquo) adlı polis drama serialının 4-cü sezonunun 5-ci seriasından kadrlardandır.



Seralda həmin kadrlar qaçırılan şəxsin Fransada ərəblər tərəfindən doğranılmasına həsr olunub. Maraqlıdır ki, cinayətkarlar qətl zamanı ara-sıra türk sözlərindən də istifadə edirlər.



Səudiyyəli jurnalistin konsulluqda öldürülməsi, daha sonra onun cəsədinin elektrik mişarı ilə hissələrə ayrılması serialın ssenarisi ilə uyğunluq təşkil edir. Tədqim etdiyimiz videodan görünür ki, Kaşoqi seralda olduğu kimi qətlə yetirilib.



Xatırladaq ki, "Basqın" serialı 2016-cı ildə işıq üzü görüb. Qısa zamanda populyarlıq qazanıb.

Bəxtiyar Məmmədov
Azvision.az

Digər videolar