18:00 28.12.2018 6694
Belə ki, cari ildə Azərbaycanda növbəti prezident seçkiləri keçirildi. Aprelin 11-də keçirilən seçkidə Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev 86.03 faiz səslə yenidən Azərbaycan Respublikasının prezidenti seçildi. TANAP layihəsi və “Star” neft emalı zavodu istifadəyə verildi. "Azərspace-2" peyki orbitə buraxıldı. “Böyük qayıdış”ın davamı olaraq işğaldan azad edilən Cocuq Mərcanlıya ikinci köç baş tutdu. Naxçıvanda 11 min hektara yaxın ərazi və Şərurun Günnüt kəndi işğaldan azad edildi.
Bundan əlavə, Azərbaycanda bir çox mühüm tədbirlər keçirildi. İl ərzində həm ölkəmizə xeyli sayda rəsmi qonaqlar gəldi, həm də prezident İlham Əliyev xaricə vacib səfərlər etdi.
Dünyada da səs-küylü və mühüm hadisələrin şahidi olduq. "Skripal işi", Rusiyada prezident seçkiləri, "Brexit" böhranı, ABŞ-İran və Rusiya–Ukrayna qarşıdurmasının yenidən alovlanması, Ərdoğanın qələbəsi, jurnalist Camal Kaşoqinin qətli ilin ən mühüm hadisələri sırasındadır.
Azvision.az ilin siyasi-iqtisadi nəticələrinə həsr olunan videotəhlil hazırlayıb. Təqdim etdiyimiz videoda ilin hesabatı ilə tanış ola bilərsiniz:
Elvin Abdulqədirov
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov
Azvision.az
12:17 09/04/2024
17:15 05/02/2024
09:22 16/01/2024
16:17 10/01/2024
08:26 19/12/2023
15:45 16/12/2023
15:50 05/12/2023
11:22 25/09/2023
17:09 04/09/2023
14:27 14/07/2023
17:35 05/05/2023
16:39 04/05/2023
14:21 28/04/2023
13:41 20/03/2023