Şəhid sınağı: Kim necə çıxdı - VİDEOBLOQ

02:09     06.02.2019     5699

Dövlətin gördüyü işlər anti-Azərbaycan qüvvələrini ciddi narahat edir. Erməni lobbisi ilə çiyin-çiyinə dayanıb, Azərbaycana qarşı kampaniya aparanlar şəhid ailələrini dövlətin əleyhinə qaldırmağa, bununla ölkəmizin imicinə ləkə yaxmağa çalışırdılar. Lakin son hadisələr onu göstərdi ki, xalqımız, xüsusilə şəhid ailələri təxribatlara uymadılar.

Prezident Sarayında keçirilən görüşdə çıxış edən şəhid yaxınları birmənalı şəkildə radikalların çağırışlarına “yox” deyərək, Prezident İlham Əliyevlə birgə olduqlarının mesajını verdilər. Bununla da müqəddəs şəhidlərin ailələrini öz siyasi oyunlarına alət etmək istəyən radikallara layiq olduqları yer göstərildi.

Azvision.az -ın əməkdaşı Bəxtiyar Məmmədov mövzu ilə bağlı hazırladığı videobloqunda kimlərin şəhid sınağından necə çıxmasından söz açıb.

Həmin videobloqu sizlərə təqdim edirik:



Azvision.az

Digər videolar