Bakı Regional Miqrasiya İdarəsinin qəbul mərkəzi istifadəyə verildi - FOTOLAR+VİDEO

11:05     06.03.2019     5434

Azvision.az xəbər verir ki, açılış mərasimində iştirak edən xidmət rəisi Vüsal Hüseynov regional idarədə yeni qəbul mərkəzinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə xidmət əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

V.Hüseynov bildirib ki, ölkə başçısının tapşırıq və tövsiyələri rəhbər tutularaq vətəndaşlara göstərilən xidmətin şəffaf həyata keçirilməsi, vətəndaş məmnunluğunun təminatı prioritet istiqamət kimi daim diqqət mərkəzindədir: "Miqrasiya sahəsində aparılan bir sıra islahatların nəticəsi olaraq yeni istifadəyə verilən qəbul şöbəsi xidmətin keyfiyyətinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun və rahatlığının təmin olunmasına xidmət edir. Qəbul mərkəzinin fəaliyyətində əsas məqsəd "ASAN indeks"in tələblərinə uyğun olaraq fəaliyyət göstərmək, şəffaflığın təminatı, innovativ texnologiyaların tətbiq edilməsi ilə xidmət keyfiyyətinin ən müasir şəkildə icrası, operativlik və şəffaflıq prinsiplərinin əsas meyar kimi qorunub saxlanmasıdır".

Sonra tədbir iştirakçıları Bakı Şəhər Regional Miqrasiya İdarəsinin qəbul mərkəzində yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, DMX-nın fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaşlara xidmət göstərən qəbul mərkəzində müasir informasiya texnologiyalarından geniş istifadə edilib. Müraciətlərin rahat və növbəli qəbulu üçün mərkəzdə məlumat stendi, elektron növbə sistemi, informativ monitorlar quraşdırılıb.

Bundan başqa, vətəndaşların onlayn məlumat əldə edə bilmələri üçün elektron tablolar və özünəxidmət köşkü yerləşdirilib. Burada ana və uşaq otağı, o cümlədən, əlil arabalarından istifadə və fiziki qüsurlu insanların rahat hərəkət etmələri üçün bütün tələblər nəzərə alınıb.

Elvin Abdulqədirov

Foto: Şahin Sərdarov

Azvision.az

Digər videolar