Əfv olunanlar - VİDEOREPORTAJ

20:59     17.03.2019     5917

Azvision.az xəbər verir ki, sərəncamın icrası ilə əlaqədar Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində tədbirlər keçirilib.

Mərasimdə çıxış edən xidmət rəsmiləri və digər qonaqlar azadlığa çıxanları təbrik edərək, onlara bir daha cinayət törətməməyi, qanunlara riayət etməyi tövsiyyə ediblər. Daha sonra əfv olunan məhkumlara arayışlar təqdim olunub, onlar öz ailələrinə, yaxınlarına qovuşublar.

Ən çox məhkum azad edilən cəzaçəkmə müəssisəsi 6 saylıdır. Belə ki, müəssisədən 49 nəfər azadlığa buraxılıb. 1 saylı cəzaçəkmə müəssisəsindən 8, 15 saylı cəzaçəkmə müəssisəsindən 4, Pentensiar Xidmətin Müalicə Müəssisəsindən isə 3 nəfər əfv sərəncamına əsasən azadlığa çıxıb.

Azvision.az -ın cəzaçəkmə müəssisələrindən hazırladığı videoreportajı təqdim edirik:



Anar Kəlbiyev
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az

Digər videolar