Bakıda ticarət mərkəzi yanıb - FOTOLAR+VİDEO (Yenilənib)

13:20     26.03.2019     12783

Azvision.az xəbər verir ki, çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür. Əlavə məlumat veriləcək.



***
(08:54)

Bakının Nizami rayonu ərazisində güclü yanğın başlayıb.

Azvision.az xəbər verir ki, hadisə 8-ci kilometr bazarının yaxınlığında yerləşən "Diqlas" ticarət mərkəzində qeydə alınıb. Əraziyə yanğınsöndürən briqadalar cəlb olunub.



Azvision.az -ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın ticarət mərkəzinə bitişik mağazalara da keçib. Bir neçə geyim mağazası tamamilə yanaraq külə dönüb. Hazırda yanğın hadisəsi davam edir.

















Foto/Video: Şahin Sərdarov
Azvision.az

Digər videolar