Beynimizi necə kodlayırlar - VİDEOBLOQ

16:20     24.04.2019     10327

Belə ki, sözegedən metodla insanların düşüncələrinə nüfuz etmək, onları istənilən istiqamətə yönəltmək mümkündür. Məlumdur ki, beyinin işləmə prosesi çox qəlizdir. Bir var şüurlu proses, bir də var şüuraltı. Şüurlu prosesi müəyyən üsullarla ölçmək, yoxlamaq mümkündür, amma altşüurda nələrin baş verdiyini və hansı proseslərin getdiyini bilmək olmur.

Məsələn, rənglərin insan psixologiyasina təsiri var. Qırmızı rəng kini, qəzəbi oyandırır, yaşıl zehnı dincəldir, qara rəng ümidsizlik, ağ isə gümrahlıq aşılayır. Musiqi alətləri, qoxular da insanın əhvalına təsir edə bilir. Hətta rəqəmlər belə...

Azvision.az-ın əməkdaşı Bəxtiyar Məmmədov yeni videobloqunda insanların beyinlərinə necə təsir edildiyini araşdırıb.

Vloqun birinci hissəsini təqdim edirik:



Azvision.az

Digər videolar