Paşinyan Qarabağda niyə oynayırdı? – VideoStatus

19:00     10.05.2019     6683

- Hər dəfə Qarabağa hansısa erməni gələndə sosial şəbəkənin Azərbaycan seqmenti buna çox ağrılı reaksiya verir. Bəli, mən məsələnin emosional tərəfini çox gözəl başa düşürəm. Amma nəzərə almaq lazımdır ki, həmin addımları atanda erməni tərəf də ancaq və ancaq psixoloji-emosional effektə hədəflənir. Biz emosional reaksiya verəndə onları istəklərinə çatdırmış oluruq.



Gəlin, soyuq baş və ayıq gözlə baxaq. Ermənistan rəhbərlərinin Qarabağa səfərlərinin hansısa bir siyasi, yaxud hüquqi nəticəsi varmı? Fərqi yoxdur, gedib orada oynadılar, yoxsa yeyib-içdilər, lap belə mayallaq aşdılar – bunlar heç bir hüquqi və ya siyasi nəticə doğurmur axı. Ancaq bizim emosional reaksiyamızı doğurur ki, ermənilərin də istədiyi budur. Onlar bu yolla psixoloji müharibə aprırlar.
Gəlin, məsələyə bu prizmadan baxaq: Qarabağa gedib, orada oynamaqdan savayı, Paşinyan nə edə bilər? Qarabağın müstəqilliyini tanıya bilərmi?! Yox! Qarabağı özünə birləşdirə bilrmi?! Yox, heç vaxt! Müharibə edə bilərmi?! Yox və qətiyyən! Elə isə gedib orada oynamaq meymunluqdan başqa nədir ki?!
Biz isə istədiyimiz vaxt müharibəyə də başlaya bilərik, Qarabağ da hüquqi olaraq Azərbaycanın tərkibindədir.
Elə isə, psixoloji müharibədə niyə düşmənə şans verməliyik ki?!

Digər videolar