Prezidentlə söhbət edən satıcılar: “Bizim üçün gözlənilməz oldu” - VİDEO

21:51     21.05.2019     9186

Ölkə başçısı, həmçinin qəsəbə sakinləri ilə görüşüb, onlarla söhbət edib. Daha sonra ərazidə yerləşən mağazalardan birinə daxil olaraq orada işləyən satıcılarla görüşüb, məhsulların qiymətləri ilə maraqlanıb.



Prezidentlə söhbət edən satıcı Hörzad İbrahimova Azvision.az -a bildirib ki, dövlət başçısının gəlişi onlar üçün gözlənilməz olub.

"İndiyədək ən böyük arzum Prezidenti görmək, onunla söhbət etmək idi. Bu gün arzuma çatdım. Prezidentin mağazaya gələcəyini bilmirdik, Onun qəfil gəlişi bizi çox sevindirdi. Prezident mağazada satılan məhsullarla maraqlandı, qiymətləri soruşdu. Yerli və xarici məhsullar barədə ölkə başçısına məlumat verdik. Söhbətimiz çox səmimi keçdi".

Digər satıcı Yuliya Quliyeva da prezidentin onun işlədiyi mağazaya baş çəkəcəyindən xəbərsiz olub: "Prezidentimizi görəndə çox sevindim. Nə gizlədim, mənim üçün gözlənilməz idi, buna görə həyəcanlı idim. Mənim üçün əsl sürpriz oldu".

Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

Azvision.az

Digər videolar