Siyəzəndə “KİA” kombaynla toqquşub - FOTOLAR+VİDEO

14:14     20.06.2019     10848

Azvision.az xəbər verir ki, Siyəzən rayonunda “KİA Sportage” markalı maşınla kombayn toqquşub. Qəza nəticəsində kombayn aşıb. Hadisə zamanı sürücülər Raqil Abbasov və İlqar Şirinov yüngül xəsarət alıblar. Onlar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Minik avtomobilinə ciddi ziyan dəyib. Əraziyə cəlb olunan yol polisləri faktla bağlı araşdırma aparırlar.

Ehtimal olunur ki, qəzaya yüksək sürətlə hərəkətdə olan “KİA Sportage” səbəb olub.



















Foto: Şahin Sərdarov
Azvision.az

Digər videolar