02:00 27.07.2019 15718
Azvision.az -ın məlumatına görə, ekipaj üzvləri saat 22:00 radələrində Bakı Dəniz Vağzalına çatıblar. Onlardan yeddi nəfəri iranlı, ikisi isə hindistanlıdır.
Qeyd edək ki, bu gün saat 14:15-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.
Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib. Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.
Foto: Şahin Sərdarov
Video: Əhməd Xəlilov
Azvision.az
12:17 09/04/2024
17:15 05/02/2024
09:22 16/01/2024
16:17 10/01/2024
08:26 19/12/2023
15:45 16/12/2023
15:50 05/12/2023
11:22 25/09/2023
17:09 04/09/2023
14:27 14/07/2023
17:35 05/05/2023
16:39 04/05/2023