Sürücülərin YPX maketlərinə münasibəti necədir? - VİDEO

22:35     29.07.2019     6636

Uzaqdan əsl Yol Patrul Xidməti (YPX) avtomobillərinə bənzəyən maketlər rayonlar istiqamətində (gediş və gəliş) magistral yollarda düzülüb. Hazırkı mərhələdə Bakıda tətbiqi nəzərdə tutulmayan maketlər sürücüləri sürət həddini aşmaqdan çəkindirəcək.

Maketlərin yerləri mütəmadi olaraq dəyişdiriləcək. Dünyanın bir sıra ölkələrində tətbiq edilən maketlərə bizim yerli sürücülərin münasibəti necədir?

Azvision.az bununla bağlı sürücülərin fikirlərini öyrənib. Onların əksəriyyəti yollarda YPX maketlərinin qoyulmasını düzgün addım kimi qiymətləndiriblər.



Aytən Zəhra
Video: Əhməd Xəlilov, Azər Həsənov

Azvision.az

Digər videolar