Qatarda ölən sərnişinin kimliyi məlum oldu - VİDEO

14:50     09.08.2019     3311

Bu barədə Azvision.az -a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Məlumata görə, bu gün saat 00:18-də Böyük Kəsik-Bakı sərnişin qatarı Dəliməmmədli stansiyasında ləngiyib. Belə ki, vaqondakı sərnişinlərdən biri - 1978-ci il təvəllüdlü Elşən Tanrıverdi oğlu Hüseynovun vəziyyəti pisləşib.



"Bu səbəbdən qatarın hərəkəti dayandırılıb və bələdçilər tərəfindən hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb. Lakin buna baxmayaraq, Elşən Hüseynov dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, mərhum uzunmüddətdir xəstəlikdən əziyyət çəkirmiş. Mərhumun nəşi hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verildikdən sonra qatar saat 02:02-də təyinatı üzrə yola salınıb".

Qeyd edilib ki, hadisə nəticəsində Böyük-Kəsik-Bakı sərnişin qatarı 1 saat ləngimə ilə Bakı sərnişin stansiyasına çatıb.

Aytən Zəhra
Azvision.az

Digər videolar