Göyçayda ərzaq mağazası qarət edilib - VİDEO+FOTOLAR

19:15     27.08.2019     7619

Azvision.az xəbər verir ki, hadisə ötən gecə saat 3 radələrində rayonun Birinci-Ərəbcəbirli kəndində baş verib.

Kənd sakini İntiqam Səmədova​ məxsus mağazaya qanunsuz yolla daxil olan şəxs və ya şəxslər kassadan 500 manat nəğd pul, siqaret, danışıq kartları və digər ərzaq məhsullarını götürüblər. Mağaza sahibi səhər saatlarında işə gələndə içəri oğruların girdiyini görüb. Dərhal Göyçay rayon Polis Şöbəsinə müraciət edib. Mağaza sahibinin sözlərinə görə, baş vermiş hadisə zamanı onlara ümumilikdə 1000 manat civarında ziyan dəyib.



Faktla bağlı araşdırma aparılır.







Davud Tarverdiyev
Azvision.az

Digər videolar