Qutudakı pişiyin sirri: Kvant dünyası niyə bu qədər paradoksaldır? – Elmi Cavab #8

14:29     18.09.2019     35572

Səkkizinci verilişin mövzusu Kvant dünyasıdır. Biz maddənin dərinliklərinə hara qədər enə bilmişik? Kvant dünyası ilə bağlı təsəvvürlərimiz nə qədər doğrudur? Niyə makrodünyanın fiziki və məntiqi qanunları Kvant aləmində pozulurlar? Kvant fizikasına əsaslandığını iddia edən mistik təlimlər haqlı ola bilərlərmi?!

Jurnalist, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun təqdim etdiyi verilişdə bu və digər suallara Milli Elmlər Akademiyasının Fizika İnstitutunun Yüksək Enerjilər və Nüvə Fizikası Laborotoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Şakir Nağıyev aydınlıq gətirir.


Digər videolar