Siyasi pərdələr – 1 | Sosial etirazlar və illüzor müxaliflik – VİDEOKÖŞƏ

13:55     15.10.2019     14976



Niyə? O sadə səbəbə görə ki, eyni hökumətin dövründə Məmmədin yaşam şərtləri dəyişə bilər – məsələn, o, daha yaxşı bir işə düzələr, yaxud, biznesini böyüdər, qurduğu işdə püxtələşib, onu genişləndirər, varlı bir adamla qohum olar, övladları təhsilini bitirib, yaxşı qazanmağa başlayarlar... və yüzlərlə digər səbəbdən Məmməd sosial nərdivanda bir neçə pillə yuxarı qalxar. Bu zaman o, daha heç bir etiraz etməyəcək və Məmmədə ümid olub, hakimiyyətlə “mübarizə aparan” qüvvələrin əli quru yerə dəyəcək.

Sosial etirazlar istənilən şəraitdə, istənilən hakimiyyətin dövründə mütləq olub, var və olacaq. Elə bir cəmiyyət təsəvvür etmək mümkün deyil ki, orada hamı öz yerindən və şəraitindən razı olsun. Daha doğrusu, belə bir yer var, amma heç kim ora getmək istəmizdi – bu, qəbiristanlıqdır.

Sosial etirazçılar əslində hakimiyyətdən narazı deyillər. Sadəcə, onlar bilmirlər ki, etirazlarını kimə, nəyə, hara yönəltsinlər. Və bu zaman radikal müxalifət və onları dəstəkləyən media ortaya soxularaq, həmin etirazları hakimiyyətə qarşı istiqamətləndirirlər. Bununla həm milyonlara insanın şüuruna təsir göstərməyə, cəmiyyətlə manipulyasiya etməyə çalışır, həm də narazıların-etirazçıların özünü aldadırlar. Nədə aldatdıqlarını bilmək üçün hər şeydən əvvəl, sualı düzgün qoymalıyıq. Sual isə iki dənədir və onların düzgün qoyuluşu belə səslənir:
1) Əgər bəzi insanların sosial vəziyyəti pisdirsə, bunda günahkar dövlətdirmi?
2) Həmin vəziyyəti yaxşılaşdırmaq üçün görülməli olan iş dövlətə etiraz etməkdirmi?
Gəlin, aydınlaşdıraq.

Bəzi hallarda vətəndaşın ağır sosial vəziyyətinin günahı dövlətdə ola bilər. Məsələn, pensiyalar, digər sosial ödənişlər vaxtında verilməzsə, buna görə kimsə ac qalarsa, bəli, o halda günah hökumətdədir. Amma insan dövlətin ona təmin edə bildiyindən daha firəvan bir həyat istəyirsə, bu zaman öz rifahına görə məsuliyyəti də öz əllərinə götürməyə cəsarəti, hünəri və bacarığı çatmalıdır.

Lap sadə desək, biz xalq olaraq bir ildə 80 milyard manatlıq maddi dəyər yarada bilirik. Dövlətin işi bunun bir hissəsini büdcəyə cəlb edib, bölüşdürməkdir. Amma nə qədərini? Təbii ki, ÜDM-in məsələn, yarısı büdcəyə cəlb edilsə, iqtisadiyyat inkişafdan qalar. Bəzi ölkələrdə 15, bəzilərində 20, 25, 30 faizini götürürlər. Bizdə bu rəqəm hazırda təxminən 28 faizdir. Yəni xalq olaraq yaratdığımız 80 milyard manatlıq dəyərin 23 milyardı büdcəyə cəlb olunur, onun da təxminən 33 faizi sosial xərclərə yönəlir. Dövlətin edə biləcəyi hər şey bu çərçivənin daxilindədir, yəni hüdudsuz deyil. Necə deyərlər, hamı çoxdur, hər şey isə az, buna görə də hamıya hər şey vermək mümkün deyil.

Bizim səhvimiz ondadır ki, hər şeyi dövlətdən istəyir, umur, tələb edir, istədiyimiz kimi yaşaya bilməməyimiz günahını onun boynuna qoyuruq. Heç kim özündə günah görmür ki, bəs mən – şəxsən özüm!,- daha yaxşı yaşamaq üçün nə etmişəm, necə təhsil almışam, özümü necə inkişaf etdirmişəm, əmək bazarındakı dəyərim nədir, iş qabiliyyətim, hansısa sahəyə fayda vermək əmsalım nə qədərdir?! Əgər sual belə qoyulsa, onda problemin həlli üçün ən azından, doğru yolun axtarışına başlamaq mümkün olar. Amma bütün bu problemlərdə apriori dövləti günahkar görürüksə, çözüm axtarışı heç başlamadan dalana dirənir.

Təbii, heç bir müxalifətçi çıxıb insanlara bunu deməyəcək. Heç kim onları öz üzərində işləməyə, əmək bazarında – bütün dünya isə mahiyyətcə böyük bir əmək bazarından başqa heç nə deyil,- öz dəyərini artırmaq üçün lazım olan tərəflərini inkişaf etdirməyə çağırmayacaq. O sadə səbəblərə görə ki, əvvəla, kütlə bunu eşitmək istəmir. Kütlənin eşitmək istədiyi budur ki, onun bütün problemlərinin günahı hakimiyyətdədir. Həqiqəti deyəni ən yaxşı halda söyəcəklər - necə ki, çox güman, indi məni söyürlər, sonra başqasını söyəcəklər, beləcə, çxışı olmayan bir dalana dirənib, axıra qədər söyə-söyə yerlərində duracaqlar.

Digər səbəbə gəlincə, siyasətçiyə, konkret olaraq müxalifətçilərə maraqlı olan budur ki, insanların problemi çox olsun, onlar narazı qalıb, etiraz etsinlər, bunlar da həmin etirazı siyasiləşdirib, hakimiyyətə qarşı yönəltsinlər. Onların bu məqsədlə dedikləri kütlənin eşitmək istədiklərilə üst-üstə düşdüyü üçün, kütlə onları bəyənir, onların dediyinə əl çalır, az qala qəhrəmana çevirir. Halbuki, reallığa açıq gözlə baxa bilsəydi, onu qəflətə verib, aldadıb, istifadə etdiyi üçün həmin şəxslərə nifrət edərdi.

Yəni birinci suala düzgün və ən doğru cavab belədir: Obyektiv olaraq, özümüzlə səmimi dialoq şəraitində aydınlaşdırmalıyıq ki, sosial vəziyyətimizin arzuladığımız kimi olmamasının günahı harada və nə qədər dövlətdədir, harada və nə qədər isə bizim özümüzdə. Və özümüzün günahkar olduğumuz məqamları dövlətin boynuna qoyaraq, bu yolla təsəlli tapmağa çalışmamalıyıq. Əgər belə yanaşsaq, məsələnin həlli axtarışı ən azı, dalandan çıxar.

İndi isə keçək ikinci suala: Tutaq ki, heç də dəyərsiz adam deyilik, müəyyən təhsilimiz də var, işləyirik, özümüzə görə ixtisasımızı da bilirik, amma yenə də istədiyimiz səviyyədə yaşamaq alınmır. Bu halda nə etməlyik? Doğrudanmı, bu halda vəziyyəti düzəltməyin yolu dövlətə etirazdır?!

Bunu növbəti materialda danışarıq.

Vüsal Məmmədov
Azvision.az

Digər videolar