23:10 13.02.2020 9382
- Müşahidələrinizdən sonra seçki prosesi barədə nə qənaətə gəldiniz?
- Bizim seçki missiyamız parlament seçkilərinin yekunları ilə bağlı əhatəli mətbuat konfransı keçirdi. Biz seçki prosesindən tamamilə razı qaldığımızı bəyan etdik. Seçkilər azad, ədalətli və şəffaf keçirildi. Mən xüsusilə, Azərbaycanın Mərkəzi Seçki Komissiyasının seçkilərin yüksək şəkildə təşkil olunması üçün gördüyü işləri yüksək qiymətləndirirəm və bunu ölkənizin seçki sistemində müsbət hal kimi görürəm. Seçki prosesi zamanı bütün namizədlərə bərabər şərait yaradılmışdı.
Müstəqil namizədlərin sayının çox olmasını daha bir müsbət bir amil kimi qiymətləndirirəm. Bu, bir daha onu göstərir ki, sizin ölkənizin seçki sistemi yeniliklərə açıqdır. Yeni formalaşdırılacaq parlamentin yeni nəfəsə, yeni dinamikaya, həmçinin, yüksək təhsilli şəxslərə ehtiyacı var. Hazırda Azərbaycan struktur və iqtisadi islahatlar mərhələsindədir. Ötən müddətdə ölkənin siyasi sistemi ciddi sağlamlaşma prosesindən keçib.
- Bəzi hallarda yerli və beynəlxalq müşahidəçilər hansısa qüsurlara görə bütün seçki prosesini pisləyirlər. Necə düşünürsünüz, ümumiyyətlə, dünya praktikasında ideal seçki prosesi mövcuddurmu?
- Dünyada mövcud olan heç bir siyasi sistemi “mükəmməl” adlandırmaq olmaz, hər birinin müəyyən səviyyədə təkmilləşməyə ehtiyacı var. Təbii ki, sizin də siyasi sisteminizdə, aradan qaldırılmalı olan bəzi nöqsanlar mövcuddur. Xüsusilə, seçkiqabağı vəziyyətlə bağlı fikir bildirmək istəyirəm. Düşünürəm ki, namizədlərin seçki təbliğatı aparmaları üçün daha yaxşı şərait yaratmaq olardı. Bəzi hallarda onlara mitinqlər keçirməyə və posterlər asmağa icazə verilməmişdi. Bu səbəbdən, bəzi regionlar üzrə seçici fəallığı o qədər də yaxşı deyildi. Mənim bir ekspert kimi mövqeyim ondan ibarətdir ki, seçki prosesi zamanı mitinqlər keçirilməli və siyasi aktivlik yüksək səviyyədə olmalıdır.
Sizin qeyd ediyiniz kimi, Azərbaycanda keçirilən parlament seçkilərilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hər bir ölkənin özünə xas mədəniyyəti, dəyərləri və ənənələri var ki, bunlar siyasi sistemdə əks olunmalıdır. Hər hansı bir başqa ölkəyə məxsus ideyanı öz ölkənizdə tətbiq və qəbul etdirmək o qədər də asan deyil. Eyni zamanda, qeyd etmək istəyirəm ki, 1918-ci ildə əsası qoyulan Azərbaycan Xalq Cumhuriyyəti müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk demokratik respublikadır. Bəzi avropalı müşahidəçilər sizdə keçirilən seçki prosesilə bağlı tənqidi fikirlər səsləndirirlər. Lakin əsas məsələ odur ki, siz öz nöqsanlarınızdan özünüz nəticə çıxarasınız və tez bir zamanda aradan qaldırasınız.
12:17 09/04/2024
17:15 05/02/2024
09:22 16/01/2024
16:17 10/01/2024
08:26 19/12/2023
15:45 16/12/2023
15:50 05/12/2023
11:22 25/09/2023
17:09 04/09/2023
14:27 14/07/2023
17:35 05/05/2023
16:39 04/05/2023