Bir “Patsan”nın manifesti - VİDEOBLOQ

20:38     15.02.2020     33237

Namizədlərin təbliğat-təşviqat kampaniyası parlament seçkilərinin heç də asan olmacağından xəbər verirdi. Nə az, nə çox 1300-dən artıq namizəd deputat olmaq üçün qızğın mübarizəyə qoşulmuşdu. Hamısı da mandat almaq iddiasında idi.

Amma təəssüflə deməliyik ki, geridə qoyduğumuz seçki marafonunda bəzi namizədlər öz missiyalarını unudaraq, qeyri-əxlaqi hərəkətlərlə, xoşagəlməz davranışlarla gündəmə gəldilər. Milli Məclisdə xalqı təmsil etmək iddiasına düşən bu cür siyasi yaramazlar əslində öz simalarını, nəyə qadir olduqlarını göstərirdilər. Seçicilər də fərqində idilər ki, vətəndaşlarla normal davranış qaydalarını bilməyən Mehman Hüseynov kimi küçə avaralarının yeri parlament deyil. Ola da bilməz. Onların yeri ən yaxşı halda küçə və dalanlardır.

Azvision.az-ın əməkdaşı Bəxtiyar Məmmədov növbəti videobloqunda bu barədə danışıb, Mehman Hüseynovun gerçək üzünü ortaya çıxarıb.

Digər videolar