Müxalifətin "zoluşka"sı, yaxud, aksiyadakı cırıq ayaqqabının sirri - VİDEOBLOQ

22:50     23.02.2020     7006

Haqqının tapdalandığını, pozuntuların olduğunu iddia edənlərin yeganə çıxış yolu MSK-ya müraciət edib, öz şikayətlərini sübutlarla əsaslandırmaq idi. Ortada real faktlar varsa, MSK mütləq araşdırır, qanun çərçivəsində yekun qiymət verir.

Bəzi namizədlər isə bunun əksinə olaraq müraciətlərinə baxılmamış çıxış yolunu qanunsuz aksiyalarda gördülər. Sosial şəbəkələrdə "rezonans" doğuran aksiya çağırışlarına cəmi 10-15 nəfər qoşulmuşdu ki, onların da ictimai asayişi pozmağa yönəlik cəhdləri alınmadı. Polis zamanında icazəsiz aksiyaya cəhdin qarşısını aldı.

Maraqlısı odur ki, MSK-nın önünə planlaşdırılan aksiyada peyda olan dırnaqarası jurnalislərin sayı şikayətçilərdən qat-qat çox idi. "Press" gödəkçəsi altında gizlənən, özlərini KİV nümayəndəsi kimi qələmə verən həmin "jurnalistlər" polis əməkdaşlarını açıq-aşkar təxribata çəkir, süni yolla aranı qarışdırmağa, səs-küy salmağa çalışırdılar. Bir sözlə, özlərini media təmsilçisi kimi yox, aksiya iştirakçısı kimi aparırdılar. Onlardan biri də AXCP sədri Əli Kərimlinin fəal tərəfdarlarından olan, müxalifətin "zoluşkası" ləqəbi ilə tanınan Fatimə Mövlamlı idi.

Azvision.az -ın əməkdaşı Bəxtiyar Məmmədovun təqdim etdiyimiz növbəti videobloqu MSK-nın qarşısında baş tutmayan aksiyanın "qəhrəmanları"na həsr olunub.

Gəlin, haqqında danışdığımız aksiyada nələrin baş verdiyinə baxaq:

Digər videolar