“Readmissiya olunan şəxslərin sayı 52 faiz artıb” - Vüsal Hüseynov (VİDEO)

15:24     05.03.2020     6794

Xidmət rəisi bildirib ki, olduğu yer üzrə qeydiyyata alınan əcnəbilərin sayı 0.4 faiz, müvəqqəti yaşama icazəsi alanlar 29 faiz, daimi yaşama icazəsi alanlar 13 faiz, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üçün müraciət 23 faiz, readmissiya olunan şəxslərin sayı 52 faiz artıb.

Bundan başqa, qaçqın statusunun əldə edilməsi üçün müraciət edən əcnəbilərin sayı isə 3.4 dəfə azalıb.

DMX rəisinin sözlərinə görə, 2019-cu ildə ölkəmizə gələn əcnəbilərin sayında 2018-ci illə müqayisədə 11 faiz artım qeydə alınıb. Belə ki, ötən il olduğu yer üzrə qeydiyyata alınan əcnəbilərin sayı 8 faiz azalıb. Ölkəmizdə yaşayan əcnəbilərin sayında isə 12 faiz artım müşahidə olunub.



Anar Kəlbiyev
Azvision.az

Digər videolar