Döyüşlərdə tarix yazan igidlərimiz - VİDEO

17:33     27.10.2020     4468

Azvision.az Müdafiə Nazirliyinin qəhrəman əsgərlərimiz barədə hazırladığı videonu təqdim edir:



Əsgər Namiq Rzayev qızğın döyüşlərdə bədənindən qəlpə yarası almasına baxmayaraq, silahdaşlarını döyüş meydanında tək buraxmır. Bölmələrimizin irəliləməsi üçün qrup komandiri kimi əlindən gələni əsirgəmir. Ali Baş Komandanımızın rəhbərliyi altında, torpaqlarımızın işğaldan azad edilməsində əməyinin olmasından qürur hissi keçirir.

Əsgər Məmmədov Şəmşir Mübariz oğlu Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Artilleriya batareyasında hesablayıcı vəzifəsinin öhdəsindən layiqincə gəlir. Düşmənin atəş nöqtələrinin və dayaq məntəqələrinin koordinatlarını dəqiq hesablayaraq top atəşi ilə məhv edilməsində xüsusilə fərqlənir.

Əsgər Salamov Əmrah Rəhim oğlu döyüşün müqəddaratını həll edən amillərdən biri olan rabitə əlaqəsinin düzgün təşkilində xüsusi ilə fərqlənir. Məlumatların vaxtında alınması və ötürülməsində, eyni zamanda dayanıqlı təmin edilməsində fəallığı ilə seçilir.

Əsgər Məmmədov Ruslan Arzu oğlu torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Qrup komandiri vəzifəsinin öhdəsindən layiqincə gəlir. Döyüşlər zamanı reaktiv artilleriya atəşi ilə düşmənin müşahidə məntəqəsini məhv edib.

Azvision.az

Digər videolar