Xarici diplomatlar terrora məruz qalan Bərdədə - VİDEO

15:40     29.10.2020     5243

Azvision.az xəbər verir ki, diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş prokuror Kamran Əliyev və başqaları müşayiət edirlər.

Səfərin məqsədi diplomatları və hərbi attaşeləri oktyabrın 27 və 28-də cəbhə zonasından kənarda yerləşən, 100 min əhalisi olan Bərdədə Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Xatırladaq ki, ötən gün Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə endirdiyi raket zərbələri nəticəsində 21 nəfər həlak olub, 70-dək yaralı var.



Azvision.az

Digər videolar