Paşinyanın tərəfdarları Koçaryanın qərargahına hücum etdi, əlbəyaxa dava düşdü - VİDEO

12:32     07.06.2021     3658

Ermənistan mətbuatının yaydığı məlumata görə, dünən axşam saatlarında Çarentsavan şəhərində növbəti dəfə insident baş verib. Belə ki, Nikol Paşinyanın tərəfdarları Robert Köçəryanın rəhbərlik etdiyi "Hayastan" blokunun qərargahına hücum edərək binanı yumurta atəşinə tutublar.



"Paşinyanın tərəfdarları yumurta ataraq seçki kampaniyası aparılan qərargaha daxil olduqdan sonra buradakı şəxslərə lənətlər yağdırıblar. "Kim Koçaryana səs verəcəksə, bizim qonşumuz olan düşmənlərimizdən fərqi olmayacaq", - deyə onlar qışqırıblar.

Hökumət tərəfdarları daha sonra qərargahın qapı və pəncərələrini yararsız hala salıblar. Sonda hər iki qrup arasında əlbəyaxa dava düşüb.

Tural Tağıyev
Azvision.az

Digər videolar