“Laçın və Kəlbəcərdə 17 maşın mina basdırmışıq” - Erməni polkovnikdən etiraf (VİDEO)

13:48     07.06.2021     3019

Erməni zabit müsahibəsində Azərbaycanın işğaldan azad edilən ərazilərinə mina yerləşdirdiklərini bildirib.

“Mən və kontingentim Laçın və Kəlbəcər yaxınlığında 17 yük maşını mina basdırmışıq, siz həmin minalara görə, o rayonlarda heç nə edə bilməzsiniz. Hərbi əsirlərimizi bizə qaytarın, mən də mina xəritəsini təqdim edim”, - erməni polkovnik əlavə edib.



Qeyd edək ki, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə üz-üzə qalıb. 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə düçar olan Ermənistan işğal dövründə Azərbaycan ərazilərində basdırdığı mina xəritələrini verməkdən boyun qaçıraraq, hərbi cinayətlərini davam etdirir.

Baş Prokurorluğun məlumatına görə, 10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 20 mülki şəxs həlak olub, 86 hərbi qulluqçu, 29 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Pərvanə Sultanova
Azvision.az

Digər videolar