11:53 16.06.2021 10443
O, Aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin barelyefini, Vətən Müharibəsi şəhidi Cavid Səfərlinin büstünü, Birinci Qarabağ müharibəsi şəhidləri Natiq Tağıyev və Sakit Tağıyevin, Vətən Müharibəsi şəhidi Nicat Şükürlünün heykəllərini hazırlayıb. Bundan əlavə, Bakının Nərimanov rayonunda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə ucaldılmış heykəlin müəlliflərindən biridir.
Z.Rzayev, həmçinin “Vətən Müharibəsi Qəhrəmanı”, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin büstünü hazırlayıb.
Gənc heykəltəraşın əl işləri ilə tanış olmaq üçün emalatxanasına baş çəkib, onunla həmsöhbət olduq. Müsahibimiz deyir ki, şəhidlərimizlə yanaşı yaşayan qəhrəmanlarımızı da dəyərləndirmək lazımdır.
“Hikmət Mirzəyevin paraddakı fotosunu görəndə çox təsirləndim. Bundan sonra büstü hazırladım. Sərgi olarsa, büstü orada nümayiş etdirəcəyəm. İstərdim ki, Şuşada Hikmət Mirzəyevin böyük bir abidəsi ucaldılsın. Şuşaya səfər edən hər bir şəxs bilsin ki, Şuşanın alınmasını kimlərə borcluyuq”, - Z.Rzayev vurğulayıb.
Geniş reportajı təqdim etdiyimiz videodan izləyə bilərsiniz:
Müxbir: Anar Kəlbiyev
Foto: Anar Bayramlı
Video: Əhməd Xəlilov/Bəxtiyar Məmmədov
Azvision.az
12:17 09/04/2024
17:15 05/02/2024
09:22 16/01/2024
16:17 10/01/2024
08:26 19/12/2023
15:45 16/12/2023
15:50 05/12/2023
11:22 25/09/2023
17:09 04/09/2023
14:27 14/07/2023
17:35 05/05/2023
16:39 04/05/2023