"Kreditlərin qaytarılmasına nəzarət olunacaq" - Nazir (VİDEO)

11:30     18.06.2021     4233

Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, ilkin mərhələdə kredit tələbə ixtisası daşıyan orta ixtisas, yüksək peşə ixtisası, bakalavr və magistr tələbələrinə veriləcək: "Buna Himayəçilər Şurası qərar verəcək. Bu kateqoriya tələbələr 90 faizdir və demək olar ki, hamısını əhatə edəcək".

Nazir bildirib ki, tələbələr işləyəndən sonra kreditləri qaytarmalıdır ki, digər tələbələr də bundan yararlana bilsin: "Tələbə kreditləri dövlətin mənfəət əldə etdiyi kreditlər deyil. Qaytarılması ilə bağlı nəzarət mexanizmləri olacaq. Lakin burada sosial məsuliyyət də vacibdir".




Aytən Zəhra
Azvision.az

Digər videolar