Serbiyanın xarici işlər naziri Azərbaycana niyə gəlmişdi? - VİDEOMÜSAHİBƏ

13:50     09.08.2021     37187

“Nazir Selakoviçin səfərinə gəlincə, qeyd etmək istərdim ki, əslində Serbiya rəsmi olaraq həm Ermənistanın, həm də Azərbaycanın dostudur. Xüsusilə də ərazi münaqişələri məsələsində. Əgər bizim hansısa rəsmi şəxsimiz yalnız tərəflərdən birinin xeyrinə nə isə söyləsə, şübhəsiz ki, tərəfdaşımızla münasibətləri korlayar.

2006-2007-ci illərdən bəri, Prezident Boris Tadiçin vaxtından bəri ölkələrimiz arasında olan münasibətlər böyük bir yüksəliş dövrü yaşadı. Düşünürəm ki, səfərin məqsədi dövlətlər arasında münasibətləri yenidən qurmaqdır"- serbiyalı mütəxəssis bildirib.

Qarabağın bərpasında bir sıra Serbiya şirkətlərinin mümkün iştirakından danışan S.Qajiç, nəzəri olaraq serb şirkətlərinin işğaldan azad edilmiş torpaqlarımızın bərpasına töhfə verə biləcəyini söyləyib.

"Ancaq düşünürəm ki, bu Serbiya tərəfdən ağıllı gediş olmayacaq. Çünki bu sözsüz ki, Ermənistanla münasibətlərimizi korlayacaq. Azərbaycanın başqa yerlərində də geniş imkanlar var. Bundan başqa, bizim o qədər də böyük bir sənayemiz yoxdur. Biz Çin, Rusiya, Türkiyə deyilik. Hərçənd, hələ Yuqoslaviya dövründə potensialımız mövcud idi",- həmsöhbətimiz vurğulayıb.

Azərbaycan ilə Serbiya arasında sərbəst ticarət müqaviləsi bağlamaq məsələsinə toxunan S.Qayiç belə bir təşəbbüsü dəstəklədiyini bildirib.

"Mən bu ideyaya müsbət yanaşıram. Serbiyanın Rusiya, Avropa Birliyi, Türkiyə ilə bir sıra belə müqavilələri var. Serbiyanın inkişaf potensialı, xüsusilə də, müqavilələri nəzərə alanda – inanılmazdır. Hətta onu deyə bilərəm ki, Avropa Birliyindən olan bir çox şirkət burada ona görə öz fabriklərini açdı ki, məhsullara "Made in Serbia" yazılsın. Yəni səbəb Rusiyaya ixracı nəzərdə tutulan mallarda vergilərin xeyli aşağı, mənfəət əldə etmək imkanlarının daha yüksək olmasıdır.

Ona görə də, bu, Azərbaycanla da qarşılıqlı-faydalı olardı. Biz bir-birimizi kifayət qədər yaxşı tanımırıq. Mən Belqrad-Bakı birbaşa uçuşlarının olmamasını nəzərdə tuturam. Daha çox irəliləyən əməkdaşlıq üçün birbaşa uçuşların açılması ilk addımdır. Gərək bu reys iqtisadi cəhətdən sərfəli və çox da bahalı olmasın. İndi Bakıdan Belqrada və Belqraddan Bakıya getməyin yeganə yolu İstanbul və ya Moskvadan keçir" ,- Qayiç deyib.



Tural Tağıyev

Digər videolar