Qanlı döyüşlərin izi ilə - Şuşadan VİDEOREPORTAJ

13:00     02.10.2021     6483

Bizi ilk qarşılayan əzəməti ilə Pənahabad qalası oldu. Digər adı ilə Şuşa qalası. Ancaq onun sahibləri öz qalalarına dağları aşaraq, keçə bilərdilər. Belə də oldu.


Ermənilərin I Qarabağ müharibəsində "Dağlarda toy" adı verdikləri əməliyyat zamanı qala və divarları barbarlığa məruz qalmışdı. 30 ildən sonra ermənilərin “toy”unu yasa çevirdik. Şuşa azad olunan kimi ilk işlərdən biri məhz Qalanın divarlarının və barbarlar tərəfindən dağıdılmış girişinin bərpası oldu. Qala öz tarixi görkəminə qovuşdu.

44 günlük Vətən müharibəsinin üzərindən 1 il keçsə də ermənilər Şuşanın gerçək sahiblərinə geri dönməsinə hələ də inana bilmirlər. Hətta erməni ictimaiyyətinin tanınmış simaları məğlubiyyətlərinə bəhanə uydurmaq üçün Şuşanın döyüşsüz təhvil verildiyi yalanlarını danışırlar. Ancaq yollara səpələnmiş yüzlərlə erməni əsgərlərinin leşlərinin kadrları bunun tam əksini hər dəfə onların üzünə çırpır.

Artıq Şuşanın dirçəliş, özünə dönmə günləri başlayıb. Mədəniyyət paytaxtımız əvvəlki kimi, hətta əvvəlkindən daha da gözəl olacaq. Biz bunu yerindəcə həm eşitdik, həm də gördük. Artıq Şuşada muğam səsləri eşidilir...

Bəxtiyar Məmmədov
Azvision.az

Digər videolar