“Müharibə xeyli uzana bilər” - Hərbi ekspert (Müsahibə+Video)

13:52     29.04.2022     4883

Hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Rusiya ilkin planlarında ciddi dəyişiklik etməyə məcbur qalıb. İndi məqsədlər də fərqlidir, onlara çatmağın yolları da. Belə vəziyyətdə müharibə xeyli uzana bilər. Maraqlısı odur ki, NATO ölkələrinin Ukraynaya yardımı da məhz bunu təmin etməyə hesablanıb. Niyə?

Bu cür “niyə”lər çoxdur:

• Niyə Rusiya Kiyev ətrafından geri çəkildi?
• Niyə rus qoşunları Ukraynada çox ləng irəliləyirlər?
• Niyə Krımın ilhaqı vaxtı heç bir müqavimət göstərilməmişdi?
• Niyə ruslar Dnestryanıya dəhliz açmaq istəyirlər?
• Niyə NATO ölkələri Ukraynaya ancaq köhnə və zəif silahlar verirlər?
• Niyə Moskva çeçenləri irəliyə göndərir?

Sizi bu suallar ətrafında maraqlı bir söhbət gözləyir.



Vüsal Məmmədov
Operator: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmvədov

Digər videolar