08:26 19.12.2023 7568
Bu sözləri AzVision.az -a Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun (FNEB) eksperti və Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin müəllimi İqor Yuşkov deyib. O bildirib ki, hazırda Rusiyada yanacaq böhranı yaşanır. Yay və payız aylarında qiymətlərdə artım olub. Rusiyanın cənub bölgələrində yanacaq qıtlığı yaranıb.
Amma bununla yanaşı, Rusiyanın xammal verib, əvəzində neft məhsullarını alması layihəsinin həyata keçirilməsinə bir sıra maneələr var. Birincisi, bunun üçün bütün neft nəqli şəbəkəsini yenidən qurulmalıdır.
- İndi biz Qazaxıstandan nefti Mahaçqalada alıb, oradan Novorossiyskə vururuq. Əgər siz Tixoretsk-Bakı neft kəmərindən istifadə etsəniz, o zaman Qazaxıstan neftinin qəbulundan imtina etmək lazım gələcək. Bu neft kifayət qədər kükürdlü və ağırdır, onu Bakı neft emalı zavoduna yönləndirmək sadəcə mümkün olmayacaq, çünki zavod başqa növ neftin emalı üçün konfiqurasiya olunub. Ona görə də, Azərbaycan bunu qəbul etməyəcək. Qazaxıstandan neft idxalını dayandırmaq lazım gələcək. Bunlar birbaşa itkilərdir, çünki Rusiya böyük həcmdə (ildə 3 milyon tona qədər) nəql olunan neftə görə tranzit pulu alır,- İqor Yuşkov bildirib.
Eyni mövzuda:
Qazax nefti Azərbaycanda emal edilə bilərmi? – Müsahibə (Video)
Özgə neftinin pulu: Azərbaycan yeni biznes-modelə keçə bilərmi | VİDEO
Çıxarmadığın neftdən necə qazanmaq olar – MÜSAHİBƏ
Daha bir problem onunla bağlıdır ki, Rusiyanın özünün dizel və benzin istehsalı gücü yetərincədir, onların çatışmazlığı neft emalı zavodlarının gücünə görə deyil, yanacaq bazarının tənzimlənməsindəki əyintilər səbəbindən yaranır. Neft şirkətlərinin daxili bazara neft məhsulları buraxmaqda maraqlı olmasını təşviq etmək məqsədi daşıyan mexanizm üzrə ödənişlər bu il azaldıldı. Nəticədə neft məhsullarının çoxu xaricə axmağa başladı. Yuşkovun sözlərinə görə, Rusiyada istehsal olunan dizel yanacağının 50%-i ixrac edilir. Yəni həcmlər çoxdur, əsas məsələ neft şirkətlərini yanacağı daxili bazara sərfəli qiymətə satmağa necə təşviq etməkdən ibarətdir. Bu çox güman ki, bazarın tənzimlənmə səviyyəsi, dempfer mexanizmi üçün ödəniş düsturunun tənzimlənməsi və s. ilə bağlıdır.
Ekspertin fikrincə, ümumiyyətlə, Rusiya neftin Bakı neftayırma zavodlarına verilməsi və hazır məhsulların geri alınması üçün təkcə hansısa tollinq sxemində maraqlı deyil. Bütün bunların Azərbaycan və İran ərazisindən Fars körfəzi sahillərinədək uzanacaq böyük neft kəmərinin mümkün tikintisi kimi daha böyük layihələr çərçivəsində həyata keçirilməsi maraqlıdır. Onda Bakı ilə neft məhsullarının bu şəkildə mübadiləsi Rusiya üçün məqsədəuyğun olacaq. İndiki vəziyyətdə isə belə bir tollinq sxemi problemləri həll etməkdənsə, yenilərini yaradacaq. Bu səbəbdən tərəflər hələ ki bu layihəni müzakirə edir və real nəticə ala bilmirlər.
Samir Vəliyev
AzVision.az
14:55 17/12/2024
20:55 21/07/2024
13:37 17/07/2024
16:48 04/07/2024
09:18 15/05/2024
12:17 09/04/2024
17:15 05/02/2024
09:22 16/01/2024
16:17 10/01/2024
08:26 19/12/2023
15:45 16/12/2023
15:50 05/12/2023
11:22 25/09/2023
17:09 04/09/2023