Xəzər ətrafında avtoyürüş

18:39     15.02.2013     2238

Qazaxıstanın “Kazinform” Agentliyinin yaydığı məlumata görə, bu ilin oktyabr ayında Rusiya Federasiyasının Həştərxan vilayətinin ictimai xadimləri, avtomobil həvəskarları və jurnalistlər Xəzər ətrafında avtoyürüş keçirməyi qərara alıblar.
Avtoyürüşün keçirilməsindən əsas məqsəd Xəzər ətrafındakı dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsi, ekoloji təhlükəsizliyin və mədəni turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsidir.
Məlumatda deyilir ki, avtoyürüş iştirakçıları 10-12 maşında təxminən 30-35 adam 17-18 gün müddətində Xəzəryanı dövlətlər - Rusiya, Qazaxıstan, Özbəkistan, (Özbəkistan Xəzəryanı dövlət sayılmasa da, avtoyürüş iştirakçıları bu ölkənin Nukus şəhərindən də keçəcəklər) Türkmənistan, İran və Azərbaycanda olacaqlar.
Hazırda avtoyürüşə hazırlıq işləri aparılır.

Digər videolar