Direktorun evindən 20 kq narkotik tapılıb

00:58     16.02.2013     1650

Əməliyyat zamanı kənd məktəbinin direktoru Əlabbas Rzayev saxlanılıb. Bu barədə “moderator.az” saytı rayondakı mənbələrə istinadla məlumat yayıb. Məlumatda deyilir ki, məktəb direktorundan külli miqdarda narkotik götürülüb. Əməliyyat zamanı onun səhhəti kəskin pisləşib, ona infarkt diaqnozu qoyulub və hazırda ev şəraitində müalicə olunur.

Sayt məlumatla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Xidmətdən bildiriblər ki, bu barədə onlara məlumat daxil olmayıb.

“Azadlıq” qəzeti dəqiqləşdirmə aparmaq üçün rayondakı mənbələrlə əlaqə saxlayıb və belə məlumat alıb ki, direktor Ə.Rzayev Şirvan xəstəxanasındadır. Onun evində axtarış aparılıb və 20 kq narkotik maddə aşkarlanıb.

Digər videolar