Suriyada atəş susmur

12:09     16.02.2013     1663

Türkiyə mediasının yazdığına görə, Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı (SNHR), təhlükəsizlik qüvvələrinin paytaxt Dəməşq ətrafını təyyarədən və raketlərlə atəşə tutması nəticəsində 26 nəfərin öldüyünü, yüzlərlə insanın isə yaralandığını bildirib.
SNHR, həmçinin İdlibdə 17, Hələbdə 8, Humsda 6, Rakkada 5, Hasekedə 4, Deyru-z-Zorda 3, Hama və Deraanın hərəsində 2 nəfər və Lazkiyə şəhərində 1 nəfərin həlak olması barədə məlumat yayıb.
BMT-nin məlumatına əsasən Suriyada 2011-ci ilin martında vətəndaş müharibəsi başlayandan 60 mindən artıq insan həlak olub.

(apa)

Digər videolar