ABŞ-ı qasırğa bürüdü: Minlərlə ev işıqsız qalıb

  ABŞ-ı qasırğa bürüdü:  Minlərlə ev işıqsız qalıb
  17 May 2024    Oxunub:683
ABŞ-nin Texas ştatı bu ay ərzində ikinci dəfə güclü tornadolara məruz qalıb.
AzVision.az CBS telekanalına istinadən xəbər verir ki, tüğyan edən təbiət hadisəsi səbəbindən ştatın yüz minlərlə sakini işıqsız qalıb. Texasın küçələrini su basıb, ofis binalarının və müəssisələrin şüşələri sınıb.

Bundan əlavə, bölgədə küləyin sürətinin saatda yüzlərlə kilometrə çatdığı bildirilir. Hazırkı tornadonun gücü 13 sentyabr 2008-ci ildə Texas sahillərini vuran və təxminən 67 nəfərin ölümünə səbəb olan lke qasırğasına yaxınlaşır.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti