Litva ermənilərlə dostluğundan danışıb

Litva ermənilərlə dostluğundan danışıb
  02 Mart 2013    Oxunub:1556
Litva Seyminin beynəlxalq münasibətlər komitəsinin sədri Benediktas Yuodka martın 1-də Azərbaycanın bu ölkədəki səfiri ilə görüşərək «Dağlıq Qarabağla dostluq» qrupu ilə bağlı situasiyanı izah edib.
Bu barədə «Regnum» agentliyi məlumat yayıb. Xatırladaq ki, qrupun yaradılması Azərbaycanda kəskin reaksiyaya səbəb olub və hətta nəinki Azərbaycanla, eyni zamanda Türkiyə ilə də diplomatik münasibətlərin pozula biləcəyi ilə bağlı hədələr səslənib. Seymin üzvü səfirlə görüş zamanı bildirib ki, Litvanın digər ölkələrlə bağlı rəsmi mövqeyi beynəlxalq müqavilələrdə qeyd olunduğu kimidir. Parlamentin hər hansı üzvünün bəyanat və təşəbbüsləri Seymin rəsmi mövqeyini əks etdirmir.

Qeyd edək ki, Litva Seymində Ermənistanla diplomatik münasibətlərin yubileyinə həsr edilən tədbirə qondarma Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri də qatılıb. Bu da Azərbaycanın Litvadakı səfirliyinin hiddətinə səbəb olub.
- See more at: https://azvision.az/redirect.php?url=http://www.azadliq.info/xeberler/358-xeber/27855-litva-seymi-dalq-qarabaa-dstk-mslsind-geri-ckildi.html#sthash.zUrqi0eH.dpuf


Teqlər:





Xəbər lenti