Azərbaycan Demokratik Cümhuriyyəti – bizim qürur yerimiz, hər bir vətəndaşın bilməyə borclu olduğu şanlı tariximizdir.Bəs biz Cümhuriyyətimizi lazım olduğu qədər tanıyırıqmı? Bu şanlı tariximizin haqqında nələri bilir, nələri bilmirik? AzVision.az saytının xüsusi layihəsi olan “Cümhuriyyət 100 sual” şanlı tariximizlə bağlı biliklərimizi yoxlamaq, bilmədiyimiz məqamları öyrənmək üçün nəzərdə tutulub. Dəyərli tarixçimiz, tarix elmləri doktoru Kərəm Hətəmoğlu Məmmədovun xüsusi olaraq layihə üçün hazırladığı suallar elə seçiliblər ki, testdən keçənləri həm düşündürsün, həm də öyrətsin. Sizi Şanlı Cümhuriyyət tariximizdə maraqlı bir səyahətə dəvət edirik!