VİKTORİNANIN QAYDALARI

“Cümhuriyyət 100 sual” layihəsi, adından da göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Burada ilk respublikamızın tarixi ilə bağlı yüz sual təqdim edilib. Suallar interaktiv test formatındadırlar.

100 sual mövzulara uyğun şəkildə qruplaşdırılaraq, 10 bölmədə yerləşdirilib. Hər bölmədə 10 sual var.

Suallara cavab vermək üçün avtomatik olaraq feysbuk adı ilə saytda qeydiyyata düşəcəksiniz. Sizdən heç bir parol tələb olunmur. Sadəcə, feysbukdakı adınız götürülür. Bu, onun üçün lazımdır ki, sayt sizi yadda saxlasın və hər dəfə testə qaldığınız yerdən davam edə biləsiniz. Eyni zamanda, saytda ən yaxşı nəticələr göstəriləndə interaktiv siyahıda sizin sosial şəbəkədəki adınız əks olunacaq.

Siz bəyəndiyiniz sualları, həmçinin nəticələri #cumhuriyyet100 haştaqı ilə sosial şəbəkələrdə paylaşa bilərsiniz.

Viktorina başa çatandan sonra düzgün sualların cavabları və qısa izahlar saytda yerləşdiriləcək.

Testə başla