İlham Əliyev baş direktorla görüşdü
Konfransda 50 ölkəni və 20 beynəlxalq təşkilatı təmsil edən nümayəndələrin iştirakının önəmini vurğulayan Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın bu cür beynəlxalq tədbirlər keçirməkdə yaxşı təcrübəsi olduğunu məmnunluqla qeyd edib.
Dövlətimizin başçısı “Terrorçuluğun qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Bakıda təşkil edilən Beynəlxalq konfransa olan böyük marağı yüksək qiymətləndirdi. Prezident İlham Əliyev konfransda müzakirə olunacaq məsələlərin terrorçuluğun qarşısının alınması istiqamətində birgə səylərin daha da artırılması işinə xidmət edəcəyinə əminliyini bildirib.
Görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.