PKK erməni təşkilatı imiş

PKK erməni təşkilatı imiş
  11 Fevral 2013    Oxunub:2804
Türkiyədə kürd probleminin kökündə erməni faktoru dayanır
İmralı adasında ömrlük həbs cəzasına məjkum edilmiş PKK rəhbəri Abdula Öcalan kürd yox, ermənidir və PKK təşkilatı ermənilər tərəfindən yaradılıb. “Milli Qazete” nin jurnalisti Mehmet Şevket Eygin öz məqaləsində belə yazır. Türkiyənin Habervaktim.com saytında yer alan məqaləsində Şevket Eygin, 7 məqama əsaslanaraq Türkiyədə kürd probleminin çözülməməsinin kökündə erməni faktoru olduğunu deyir:

1. PKK son 30 ildə narkotik maddə və silah qaçaqmalçılığı ilə məşğul olub.

2. PKK özünü kürd partiyası kimi təqdim etsə də, əslində Anadolunu xristianların vətəninə çevirməklə böyük Ermənistanın arzusunu yerinə yetirmək istəyən məxfi erməni hərəkatıdır. Bunun arxasında sionizm, imperializm və məxfi qüvvələr dayanır. Ermənistan, bu gün Türkiyədən ərazisindən 4-5 dəfə böyük torpaq tələb edir. Bu çox böyük iddiadır. Başqa sözlə desək, PKK Türkiyəni məhv edə bilməyəcək: əgər buna cəhd edərsə, PKK-nın arxasında duranlar özləri məhv ediləcək.

3. PKK kürd təşkilatı kimi görünməyə davam etdikcə, terrorçuluq da davam edəcək.

4. Bu gün Türkiyədə ikili vətəndaşlığı olan 1 milyon xristian, bir o qədər də yəhudi yaşayır.

5. Bu gün Türkiyədə yüksək vəzifələrdə çalışan və özlərini müsəlman kimi göstərən, əslində isə məkrli siyasət yürüdənlər var. Onlar ifşa edilmədikcə, Türkiyədə terrorizm bitməyəcək.

6. PKK oyununda iki önəmli şəxsin adı çəkilir: biri müsəlman kürd adını daşıyan, digəri isə əsl adı Artin olan şəxs. Bu həqiqətənmi belədir? Əgər belədirsə bunu müəyyənləşdirmək lazımdır, əks halda terror davam edəcək.

7. Avropa İttifaqı, Birləşmiş Ştatlar, sionizm, xaç daşıyanlar və imperialistlər Türkiyəni parçalamağa çalışır.

Habervaktim. org saytında yer alan məqalənin sonunda bir daha qeyd olunur ki, Abdulla Öcalan ermənidir: “ Öcalanın doğma kəndi Amara əvvəllər erməni kəndi olub və 1915-ci ildən sonra kəndin adı dəyişdirilib və camaatı müsəlmanlığı qəbul edib. Türkiyədə belə kəndlər çoxdur... Öcalanın əsl adı isə Artin Akopyandır. Bundan başqa, Öcalan kürd dilini bilmir.

Sayt sonda Sarkis Atsapanyanın bəyanatına istinadən 9 yanvarda, Parisdə öldürən PKK qurucularından biri Səkinə Cansızın da erməni olduğunu yazır.


Teqlər:





Xəbər lenti